Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın olub
# 21 sentyabr 2023 09:15 (UTC +04:00)

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 97 m² olan 2 otaqlı mənzilin bir otağında 1 ədəd divan-kreslo və 1 ədəd kondisioner yanıb.

FHN-dən APA-ya verilən xəbərə görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR