Nəsimi rayon prokurorunun müavini vəzifəsindən azad edilib

Kamran Əliyev

© APA | Kamran Əliyev

# 07 iyul 2022 18:33 (UTC +04:00)

Nəsimi rayon prokurorunun müavini Kənan Əliyev vəzifəsindən azad edilib.

APA xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Kənan Əliyev Daxili işlər orqanlarının istintaq tədqiqat və əməliyyat axtarışına nəzarət idarəsinə rəis müavini təyin olunub.

Eyni zamanda, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Fərid Dadaşov vəzifəsindən azad olunaraq Nəsimi rayon prokurorunun müavini təyin edilib.

Baş Prokurorluğun Mətbuat Xidməti hər iki faktı APA-ya təsdiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR