NİİM “Formula 1"-lə bağlı sürücülərə müraciət edib

NİİM “Formula 1"-lə bağlı sürücülərə müraciət edib
# 08 iyun 2022 09:50 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) “Formula 1" ilə bağlı sürücülərə müraciət edib.

NİİM-dən APA-ya verilən xəbərə görə, müraciətdə deyilir:

"Paytaxtımızda qonaqpərvərlik mühitinin qorunması üçün “Formula-1 Azərbaycan Qran Pri” yarışı ilə əlaqədar yollardakı müvəqqəti xarakter daşıyan dəyişiklik və məhdudiyyətləri anlayışla qarşılamağı, şəhər mərkəzinə şəxsi nəqliyyat vasitələri ilə getməməyi, daha çox ictimai nəqliyyata üstünlük verməyi, həmçinin dayanma-durma qaydalarına ciddi riayət olunmasını xahiş edir. Qeyd olunanlar sıxlıqların yaranmaması baxımından mühüm əhəmiyyət kəsb edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR