Nömrəsiz maşın sürənlər məsuliyyətə cəlb olunublar

Nömrəsiz maşın sürənlər məsuliyyətə cəlb olunublar
# 11 avqust 2022 10:42 (UTC +04:00)

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dövlət nömrə nişanı olmadan avtomobil idarə edən sürücülərin müəyyən olunması istiqamətində nəzarət tədbirləri keçirilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, rayon ərazisində keçirilən tədbirlər zamanı üzərində dövlət nömrə nişanı olmadan hərəkətdə olan nəqliyyat vasitələri saxlanılıb. Törətdikləri qayda pozuntularına görə məsuliyyətdən yayınmağa çalışan həmin sürücülərlə profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri onlara izah edilib. Barələrində müvafiq tədbirlər görülməklə inzibati məsuliyyətə cəlb olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR