Oğurlanan 2 yaşlı uşaq tapılıb, onu oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb- FOTO - VİDEO

Oğurlanan 2 yaşlı Məhəmməd Şıxəliyev polis tərəfindən tapılıb

© APA | Oğurlanan 2 yaşlı Məhəmməd Şıxəliyev polis tərəfindən tapılıb

# 08 yanvar 2022 19:21 (UTC +04:00)

Bakıda 10 gün əvvəl oğurlanan 2 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılıb.

DİN Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarovun APA-ya verdiyi məlumata görə, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.

Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, dekabrın 29-da Sabunçu rayonu ərazisində iki yaşlı Məhəmməd Şıxəliyevin naməlum qadın tərəfindən oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma başlanıb və
Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR