Oğuzda 2 tondan artıq narkotik bitki məhv edilib

Oğuzda 2 tondan artıq narkotik bitki məhv edilib
  • Clock-gray 09:08
  • calendar-gray 11 Sentyabr 2019

Oğuz rayonunda 2 tondan artıq narkotik bitki məhv edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın şimal-qərb bürosuna verilən məlumata görə, “Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq, Oğuz  Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Tədbir zamanı rayonun Xaçmaz kəndi ərazisində 2 hektara yaxın ərazidə yabanı halda bitmiş hündürlükləri 60-70 sm, ümumi çəkisi 2 ton 200 kq olan 4150 ədəd narkotik tərkibli çətənə bitkiləri yandırılaraq məhv edilib.

Faktla bağlı Oğuz RPŞ-da araşdırma aparılır.

Vüqar Heydərov

Digər xəbərlər

Arxiv

date