Oğuzda 32 yaşlı qadını maşın vurub

Oğuzda 32 yaşlı qadını maşın vurub
# 29 may 2023 21:07 (UTC +04:00)

Oğuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Kərmli kəndindən keçən hissəsində baş verib.

Həmin kəndin sakini, 1991-ci il təvəllüdlü Sevinc Sabir qızı İbrahimovanı Balakən sakini Abakər Mehdiyevin idarə etdiyi “KİA” markalı minik avtomobili vurub.

Oğuz Rayon Mərkəzi Xəstəxanasında (RMX) S.İbrahimovaya ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Şəki RMX-a göndərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR