Oğuzda 4 tona yaxın narkotik tərkibli bitki məhv edilib

Oğuzda 4 tona yaxın narkotik tərkibli bitki məhv edilib
# 28 iyun 2022 09:49 (UTC +04:00)

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbir nəticəsində Bayan kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, ümumi çəkisi 4 tona yaxın olan 3100 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR