Oğuzda qətl törədən Şəki sakininin işi məhkəməyə göndərilib

Oğuzda qətl törədən Şəki sakininin işi məhkəməyə göndərilib
# 19 noyabr 2019 19:17 (UTC +04:00)

Oğuzda 45 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən Elnur Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, məlum qətl hadisəsi bu il rayonun Bucaq kəndində qeydə alınıb. Oğuz rayon Bucaq kənd sakini, 1974-cü il təvəllüdlü Siyavuş Nurəddin oğlu İslamovla Şəki rayon sakini Elnur Məmmədov arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Mübahisə zamanı E. Məmmədov S. İslamovu döş qəfəsindən bıçaqlayıb. S. İslamov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Cinayəti törətməkdə şübhəli sayılan E. Məmmədov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR