Oğuzda 58 yaşlı kişini maşın vuraraq öldürüb - FOTO

Oğuzda 58 yaşlı kişini maşın vuraraq öldürüb - FOTO
# 02 iyul 2022 15:15 (UTC +04:00)

Oğuz rayonunda avtomobil piyadanı vurub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün rayonun Xalxal kənd inzibati ərazisində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Əlavər Abuzər oğlu Lətifov “VAZ” markalı avtomobil tərəfindən vurulub. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Ə. Lətifov Oğuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Ə. Lətifov xəstəxanada keçinib.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR