Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alan var - VİDEO

Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alan var - VİDEO
# 04 iyun 2022 14:54 (UTC +04:00)

Oğuzda minik avtomobili ağaca çırpılıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, Oğuz rayonunun Calut kəndi ərazisində qeydə alınıb.

1992-ci il təvəllüdlü Məharət Bəşarət oğlu Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə 30 yaşlı M.Məmmədov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR