Oğuzda dağlıq ərazidə başlayan yanğının söndürülməsinə FHN-nin amfibiya təyyarəsi və helikopterləri cəlb edilib

Oğuzda dağlıq ərazidə başlayan yanğının söndürülməsinə FHN-nin amfibiya təyyarəsi və helikopterləri cəlb edilib
# 25 avqust 2019 11:02 (UTC +04:00)

Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə, meşədə yanğın olması barədə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanğının söndürülməsinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi, 2 ədəd helikopteri cəlb edilib.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR