Oğuzda leysan və dolu təsərrüfatlara ziyan vurub - VİDEO

Oğuzda leysan və dolu təsərrüfatlara ziyan vurub - VİDEO
# 01 iyun 2023 20:03 (UTC +04:00)

Oğuzun kəndlərinə yağan leysan və dolu təsərrüfatlara ciddi ziyan vurub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, saat 17 radələrindən başlayaraq bir saat ərazində Oğuz rayonu ərazisində qeyri-sabit hava şəraiti höküm sürüb.

Rayonun mərkəzi və dağətəyi kəndlərə leysan yağıb. Rayonun dağətəyi kəndlərindən olan Baş Daşağıl və Xalxal kəndlərinə leysanla bərabər 10 dəqiqə müddətində qoz iriliyində dolu düşüb.

Yağan dolu və leysan nəticəsində hər iki kəndin sakinlərinin təsərrüfatlarına ciddi ziyan dəyib, bostan və tətəvəzlər yararsız hala düşüb. Kənddaxili yollardan qısamüddətli sel keçib, bəzi yollar yararsız hala düşüb.

Xalxal kənd orta məktəbinə gedən yolda çayın üstündəki kənddaxili piyada körpüsü qəzalı vəziyyətə düşüb. Hazırda rayonun müvafiq qrumları ərazidə leysan və dolu nəticəsində yaranan fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR