Oğuzda meşədə narkotik becərən şəxs saxlanılıb

Oğuzda meşədə narkotik becərən şəxs saxlanılıb
# 29 may 2023 18:09 (UTC +04:00)

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Oğuz şəhər sakini, əvvəllər də məhkum olunmuş Əsgər İsmayılov şübhəli şəxs qismində saxlanılıb. Rayon ərazisində meşəlik əraziyə baxış keçirilən zaman oradan Ə.İsmayılovun becərdiyi çətənə bitkiləri aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsinə narkotik tərkibli bitkiləri bir müddət əvvəl becərdiyini və aqrotexniki qulluq göstərdiyi etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR