Oğuzda mikroavtobus yanıb - FOTO - VİDEO

Oğuzda mikroavtobus yanıb - FOTO  - VİDEO
# 15 iyul 2022 17:07 (UTC +04:00)

Oğuzda mikroavtobus yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz şəhəri ərazisində baş verib. Etibar Nurəddin oğlu Şükürovun idarə etdiyi sərnişin mikroavtobusunda hərəkətdə olan zaman yanğın baş verib.

Hadisə yerinə FHN-nin Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində mikroavtobusun yanar konstruksiyaları tam yanıb. Yanğın zamanı marşrutda sərnişin olmayıb. Sürücü yanğından xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

Yanğın barədə FHN-in yaydığı məlumatda qeyd olunub ki, Oğuz şəhərində "Mercedes" markalı mikroavtobusun yanar hissələri yanıb. Yaxınlıqdakı istirahət parkı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR