Oğuzda minik avtomobili yanıb - FOTO - VİDEO

Oğuzda minik avtomobili yanıb

© APA | Oğuzda minik avtomobili yanıb

# 04 dekabr 2021 06:43 (UTC +04:00)

Hadisə dekabrın 3-dən 4-ə keçən gecə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Calut kəndi ərazisindən keçən hissəsində baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Şəki rayon sakini Afiq Bahadır oğlu Həsənov idarə etdiyi “KİA Optima” markalı minik avtomobili ilə hərəkətdə olarkən maşında yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR