Oğuzda motosikletlə avtomobil toqquşub, bir nəfər xəsarət alıb

Oğuzda motosikletlə avtomobil toqquşub, bir nəfər xəsarət alıb
# 18 oktyabr 2019 14:37 (UTC +04:00)

Oğuzda motosikletlə minik avtomobili toqquşub, bir nəfər xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Padar kənd sakini, 1957-ci il təvəllüdlü İkram Mürvət oğlu Abdullayevin idarə etdiyi motosikletlə "Mercedes" markalı avtomobil toqquşub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan motosikletin sürücüsü, 62 yaşlı İ. Abdullayev Oğuz rayon Mərkəzi Xəstəxanasına aparılıb.

İ. Abdullayeva xəstəxanada ilkin yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq, müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR