Oğuzda yanğın baş verib, ahıl qadın yanaraq ölüb - FOTO - VİDEO

Oğuzda yanğın baş verib, ahıl qadın yanaraq ölüb  - FOTO   - VİDEO
# 28 may 2022 08:45 (UTC +04:00)

Oğuzda fərdi yaşayış evində yanğın baş verib, 82 yaşlı qadın yanaraq ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 06 radələrində rayonun Şirvanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1940-cı il təvəllüdlü Həcər Yusif qızı Əhmədovaya məxsus, ümumi sahəsi 70 kvadratmetr olan fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

Evin yanar konstruksiyaları əşyaları ilə birlikdə yanıb. Yanğın kəşfiyatı zamanı ev sahibi 82 yaşlı H. Əhmədovanın yanaraq öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR