Oğuzda yol qəzasında ikisi azyaşlı olmaqla 5 nəfər xəsarət alıb - FOTO

Oğuzda yol qəzasında ikisi azyaşlı olmaqla 5 nəfər xəsarət alıb - FOTO
# 13 yanvar 2023 14:56 (UTC +04:00)

Oğuzda iki minik avtomobili toqquşub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Qaraməryəm - İsmayıllı - Şəki magistral yolunun Oğuz rayonunun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

“Opel Astra” və “Volkswagen Passat” markalı minik avtomobillərinin toqquşmsı nəticəsində beş nəfər xəsarət alıb. Xəsarət alan Oğuz rayon sakinləri - 1989-cu il təvəllüdlü Rahib Musahib oğlu Aydınov, 1997-ci il təvəllüdlü Nüşabə Vüqar qızı Cəfərli, 2016-cı il təvəllüdlü Yağmur Elvin qızı Cəfərli, 2014-cü il təvəllüdlü Qönçə Zahid qızı Aydınlı Oğuz Rayon Mərkəzi Xəstəxanasına, 1982-ci il təvəllüdlü Muxtar Mürşüd oğlu Muradov isə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR