Ombudsman: "31 nəfərin əfv olunması üçün Prezidentə müraciət etmişdim”

Səbinə Əliyeva

© APA | Səbinə Əliyeva

# 28 may 2022 11:58 (UTC +04:00)

“Müstəqillik günü ərəfəsində Prezident İlham Əliyev tərəfindən 68-ci əfv Sərəncamı imzalanıb”.

APA xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombusdman) Səbinə Əliyeva deyib.

O bildirib ki, sərəncam 213 nəfərə şamil olunub, 1 nəfər ömürlük məhkum cəzadan azad olunub: “Burada məhkumların ailə vəziyyəti, səhhəti və s. məsələlər nəzərə alınıb. Mən də İnsan Hüquqları üzrə Müvəkkil olaraq Prezident İlham Əliyevə 31 nəfərlə bağlı müraciət etmişdim. Müraciətlər müsbət olub, 31 nəfərə əfv Sərəncamı şamil olunub. Bu səbəbdən Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya təşəkkür edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR