Ömürlük məhkum Şəmsi Səmədzadə əfv olunub

Ömürlük məhkum Şəmsi Səmədzadə əfv olunub
# 27 may 2022 18:46 (UTC +04:00)

Ömürlük azadlıqdan məhrum edilmiş Şəmsi Səmədzadə əfv olunub.

APA xəbər verir ki, Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” bu gün imzaladığı sərəncam ona da şamil olunub.

Qeyd edək ki, 1966-cı ildə anadan olmuş, Azərbaycan vətəndaşı Şəmsi Səmədzadə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2000-ci il 29 dekabr tarixli hökmü ilə məhkum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR