On ayda gömrükdə narkotiklə bağlı 45 əcnəbi saxlanılıb

On ayda gömrükdə narkotiklə bağlı 45 əcnəbi saxlanılıb
# 22 noyabr 2022 12:12 (UTC +04:00)

2022-ci ilin ilk 10 ayı ərzində gömrük sərhədində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 66 nəfər - 65-i kişi, 1-i qadın olmaqla 21 nəfər Azərbaycan vətəndaşı, 45 nəfər əcnəbi (25 İran, 7 Rusiya, 10 Türkiyə, 1 Qazaxıstan, 1 Maldiv və 1 Pakistan vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 3 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.

Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Qey edilib ki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının 14 halda İrandan, 3 halda Türkiyədən, 3 halda Rusiyadan, 2 halda Qazaxıstandan, 2 halda Gürcüstandan, 1 halda Böyük Britaniyadan, 1 halda Niderlanddan, 1 halda Amerika Birləşmiş Ştatlarından Azərbaycana gətirilməsinə cəhd göstərilib.

Narkotik vasitələr və onların prekursorları 2 halda Türkiyəyə, 2 halda Qətərə, 1 halda İrana, 1 halda Avstraliyaya, 1 halda Rusiyaya aparılarkən, 26 halda Azərbaycan ərazisindən isə tranzit yolla keçirilərkən aşkar edilib.

Tranzit yolla daşınan narkotiklərin hərəkət marşurutunun 7-si İran-Azərbaycan-Gürcüstan, 5-i İran- Azərbaycan-Rusiya, 3-ü İran-Azərbaycan-Türkiyə-Almaniya, 2-i İran-Azərbaycan-Türkiyə-Polşa, 2- i İran-Azərbaycan-Türkiyə-Niderland, 2-i Gürcüstan-Azərbaycan-Qazaxıstan, 2-i İran-Azərbaycan- Türkiyə 1-i İran-Azərbaycan-Türkiyə-Bolqarıstan, 1-i İran-Azərbaycan-Ermənistan, 1-i Gürcüstan- Azərbaycan-Rusiya olub. 4 halda isə ölkə daxilində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR