Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Ötən gün yol qəzalarında 4 nəfər ölüb
# 12 yanvar 2022 10:44 (UTC +04:00)

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 80 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 44 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatla bağlı 9 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR