Ötən il 231 qadın narkotikə görə cinayət məsuliyyətinə cəlb olunub

Ötən il 231 qadın narkotikə görə cinayət məsuliyyətinə cəlb olunub
# 01 aprel 2023 12:24 (UTC +04:00)

2022-ci ildə narkotikə görə 231 nəfər qadın cinayət məsuliyyətinə cəlb olunub.

APA xəbər verir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “İllik Hesabat” jurnalında öz əksini tapıb.

Ümumilikdə cinayət məsuliyyətinə cəlb olunan 8677 nəfərdən 13-ü 16-18, 601-i 18-25, 1439-u 26 -29, 6624-ü isə 30 yaşdan yuxarı şəxslərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR