Ötən il itkin düşən şəxsin meyiti kanaldan tapılıb - YENİLƏNİB

Ötən il itkin düşən şəxsin meyiti kanaldan tapılıb  - YENİLƏNİB
# 06 fevral 2023 16:54 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) bu gün Yuxarı Şirvan kanalından meyit tapılması ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, ötən il rayon sakini Rəşad Kərimovun itkin düşməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu gün səhər saatlarında R.Kərimovun meyiti Yuxarı Şirvan suvarma kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Meyitə ilkin baxış zamanı zorakılıq əlamətləri aşkar edilməyib, onun intihar etdiyi ehtimal olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.

***

14.45

Ötən gün Yuxarı Şirvan kanalının Yevlax şəhəri, Xanabad kəndindən keçən hissəsində batan 1 nəfərin axtarışları başa çatıb.

APA xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb. Xəbərə görə, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən (batdığı yerdən təqribən 20 km aralıda) aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR