Ötən il meşələrdə 20-yə yaxın qanunsuz ocaqxana aşkarlanıb

Ötən il meşələrdə 20-yə yaxın qanunsuz ocaqxana aşkarlanıb
# 29 aprel 2022 16:25 (UTC +04:00)

2021-ci il ərzində meşə və meşəyə yaxın ərazilərdə qanunsuz ocaqxanlar olması ilə bağlı 20-ə yaxın fakt aşkar edilib.
APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev deyib.
Şöbə rəisi bildirib ki, bu ilin mart ayında Qax rayonu Şotalar kəndində 16 nəfər kənd sakininin meşə və meşəyə yaxın ərazilərdə yaradılmış ocaqxanalarda kömür istehsalı ilə məşğul olduqları aşkarlanıb.

Qanun pozuntusuna yol verən şəxslər barəsində inzibati qaydada iş başlanılaraq, baxılması üçün aidiyyat qurumlara göndərib.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR