Ötən il videomüşahidə vasitələrinin tətbiqi ilə 22 min hadisə müəyyən edilib

Ötən il videomüşahidə vasitələrinin tətbiqi ilə 22 min hadisə müəyyən edilib
# 17 mart 2023 11:17 (UTC +04:00)

2022-ci ildə videomüşahidə vasitələrinin tətbiqi ilə 22 min hadisə müəyyən edilib.

APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, 2022-ci ildə videomüşahidə vasitələrinin tətbiqi ilə 20 min 50 yol-nəqliyyat hadisəsi (593-cü piyadavurma), 187 ictimai asayişin pozulması faktı, 228 yanğın və s. müəyyən edilib.

Kameralar vasitəsi ilə ötən il axtarışda olan 159, digər nəqliyyat vasitəsinə verilmiş qeydiyyat nişanı ilə idarə olunan 21 avtomobil aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR