2022-ci il ərzində respublika ərazisində baş vermiş yanğın hadisələrindən 2095-nin təhqiqatı aparılıb.
FHN-dən APA-ya verilən məlumata görə, yanğın hadisələri zamanı 51 nəfər həlak olub, 219 nəfər xəsarət alıb. Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 13 nəfər və ya 34%, xəsarət alanlar üzrə 74 nəfər və ya 70% çoxdur.