Ötən il yanğınlarda 38 nəfər ölüb, 129 nəfər xəsarət alıb

Ötən il yanğınlarda 38 nəfər ölüb, 129 nəfər xəsarət alıb
# 26 yanvar 2022 17:49 (UTC +04:00)

Ötən il Azərbaycanda 14503 yanğın olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) illik hesabatında qeyd olunub.

Bildirilib ki, yanğınlar zamanı 38 nəfər ölüb, 129 nəfər xəsarət alıb. Yanğınsöndürən və xilasedicilər tərəfindən 40 nəfər xilas edilib, 806 nəfər təxliyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR