Öz qızına və azyaşlıya pensiya təyin olunması adı altında dələduzluq edən qadına cinayət işi açılıb

Öz qızına və azyaşlıya pensiya təyin olunması adı altında dələduzluq edən qadına cinayət işi açılıb
# 20 dekabr 2021 16:51 (UTC +04:00)

Şirvanda dələduzluqda təqsirləndirilən qadın barəsində cinayət işi başlanıb.

Şirvan şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, şəhər sakini Soltanova Mehparə Sucayət qızının aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsi ilə bağlı şəhər prokurorluğuna müraciət daxil olub.

Daxil olmuş müraciət əsasında aparılmış araşdırmalarla müəyyən edilib ki, Mehparə Soltanova aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şirvan şəhər sakini Bəhruz Məmiyevin 2014-cü il təvəllüdlü bacısı qızına guya pensiya təyin edilməsi üçün əlillik dərəcəsi alınması ilə bağlı “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Ailə Sağlamlıq Mərkəzinin keçmiş baş həkiminə verməsinə inandırmaqla 2019-cu ilin noyabr ayında ondan 1500 manat məbləğində pul vəsaitini alaraq dələduzluq yolu ilə ələ keçirmiş və onu rüşvət verməyə təhrik edib.

Bundan başqa, Mehparə Soltanovanın öz qızı Anaxanım Məmmədovadan eyni məqsədlə və eyni miqdarda pul vəsaitini alması müəyyən edildiyindən faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 32.4, 312.2-ci (təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR