"Park Qusar" hoteldə yanğın zamanı ölən 4 nəfərdən 3-ü bir ailənin üzvləri olub

"Park Qusar" hoteldə yanğın zamanı ölən 4 nəfərdən 3-ü bir ailənin üzvləri olub
# 22 yanvar 2023 11:12 (UTC +04:00)

Yanvarın 22-si saat 04 radələrində Qusar rayonunda yerləşən "Park Qusar" hoteldə baş verən yanğın zamanı 4 nəfər şəxs - 1969-cu il təvəllüdlü Emin Babayev, 1981-ci təvəllüdlü Zülfiyyə Babayeva, 2005-ci il təvəllüdlü Rauf Babayev (bir ailənin üzvləri) və 1973-cü il təvəllüdlü Rüstəm Dadaşov ölüb.

Qusar rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, həmçinin yanğın zamanı 6 nəfər şəxs - 1952-ci il təvəllüdlü Larisa Repina, 1950-ci il təvəllüdlü Olqa Dadaşova, 1978-ci il təvəllüdlü Natalya Dadaşova, 1980-ci il təvəllüdlü Denis Repin, 2009-cu il təvəllüdlü Emil Dadaşov və 2016-cı il təvəllüdlü Kamilla Dadaşova xəsarət alıb.

Xəsarət alanlar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək onlara ilkin tibbi yardım göstərilib.

Hazırda onların vəziyyəti stabildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR