"Park Qusar" istirahət mərkəzində yanğın olub, 4 nəfər ölüb - YENİLƏNİB-1 - VİDEO

"Park Qusar" istirahət mərkəzində yanğın olub, 4 nəfər ölüb - YENİLƏNİB-1  - VİDEO
# 22 yanvar 2023 12:11 (UTC +04:00)

Yazıya video əlavə olunub

***

saat 10.40

Qusarda istirahət mərkəzində yanğın nəticəsində ölənlərin şəxsiyyəti müəyyənləşib.

APA-nın şimal bürosunun verdiyi xəbərə görə, yanğın nəticəsində Zülfiyyə Babayevə, Emin Babayev, Rauf Babayev və Dadaşov Rüstəm Ənvər oğlu dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

saat 10.00

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonunun Caqar kəndində "Park Qusar" istirahət mərkəzinin ərazisində kotecdə yanğın baş verməsi barədə məlumat daxil olub.

APA-nın xəbərinə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.

Yanğın nəticəsində “Park Qusar” istirahət mərkəzinin ərazisində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət kotec yanıb.

Yanğın nəticəsində altı nəfər xəsarət alıb. Yanğının kəşfiyyatı zamanı dörd nəfərin meyiti aşkar olunub.

Yanğınsöndürənlər tərəfindən yaxınlıqdakı koteclər və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş ilkin araşdırmalarla yanğının kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verdiyi ehtimal edilir.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.

© APA | "Park Qusar" istirahət mərkəzi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR