Paytaxtda avtomobil ağaca çırpılıb, bir ailənin iki üzvü xəsarət alıb - FOTO - VİDEO

Paytaxtda avtomobil ağaca çırpılıb, bir ailənin iki üzvü xəsarət alıb - FOTO  - VİDEO
# 06 sentyabr 2022 04:55 (UTC +04:00)

Bakının Nizami rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Beləki, Ceyhun Ağayev idarə etdiyi “Opel” markalı avtomobillə əvvəlcə yol kənarındakı ağaca çırpılıb.

İdarəetmədən çıxan avtomobil səkiyə dəyərək dayanıb.

Qəza nəticəsində “Opel”-də olan C.Ağayevin ailə üzvlərindən iki nəfər xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Yaralılara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR