Paytaxtda qəza zamanı xəsarət alan 5 nəfərdən 1-i ölüb - FOTO

Paytaxtda qəza zamanı xəsarət alan 5 nəfərdən 1-i ölüb - FOTO
# 06 yanvar 2023 03:05 (UTC +04:00)

Bakının Binəqədi rayonunda baş verən qəzada xəsarət alan beş nəfərdən biri xəstəxanada ölüb.

APA xəbər verir ki, hadisə ötən gecə saat 2 radələrində Svetlana Məmmədova küçəsində qeydə alınıb.

Qəza zamanı "Toyota Land Cruiser", "Mercedes" və "Khazar" maralı avtomobillər toqquşub.

Xəsarət alanlar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Lakin həkimlərin səyinə baxmayaraq, xəsarət alan 1985-ci il təvəllüdlü Abdullayev Lətif Rauf oğlu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, ölən şəxs “Mercedes” markalı avtomobilin sürücüsü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR