Paytaxtda tıxac səbəbindən 18 marşrut xəttində avtobuslar gecikir

Paytaxtda tıxac səbəbindən 18 marşrut xəttində avtobuslar gecikir
# 14 noyabr 2022 21:22 (UTC +04:00)

Paytaxtın Nizami rayonu, Dakar meydanı istiqamətində - Qara Qarayev prospekti və Rüstəm Rüstəmov küçəsində hər iki istiqamətdə tıxac var.

APA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, eyni zamanda avtobus zolağının həmin yol sahəsinin digər nəqliyyat vasitələri tərəfindən kobud şəkildə pozulması səbəbindən 1, 7A, 11, 15, 30, 32, 35, 40, 44, 46, 49, 51, 62, 64, 66, 76, 78 və 81 nömrəli müntəzəm marşrut xəttlərində avtobuslar arasında uzunmüddətli intervallar və gecikmələr müşahidə edilir.

Gecikmələr təxminən 15-25 dəqiqə aralığındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR