Paytaxtın Binəqədi rayonunda evdən meyit tapılıb - VİDEO

Paytaxtın Binəqədi rayonunda evdən meyit tapılıb - VİDEO
# 14 yanvar 2023 08:38 (UTC +04:00)

Bakı şəhərində mənzildən meyit tapılıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Binəqədi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Çağırış ünvanına cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər",- deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR