Paytaxtın Ziya Bünyadov prospektində 4 avtomobil toqquşub - FOTO

Paytaxtın Ziya Bünyadov prospektində 4 avtomobil toqquşub - FOTO
# 01 dekabr 2022 02:24 (UTC +04:00)

Bakının Yasamal rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Qəza "VAZ 21015", "Opel", "VAZ 21099" və "Hyundai" markalı avtomobillərin iştirakı ilə baş verib.

Eyni istiqamətdə sürətlə hərəkət edən avtomobillər öndə gedən maşının qəfil əyləci basması səbəbindən toqquşub.

Qəzada xəsarət alan olmayıb. Avtomobillər yol kənarına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR