Pirallahı rayonunda baş vermiş avtoqəzada 2 nəfər xəsarət alıb

Pirallahı rayonunda baş vermiş avtoqəzada 2 nəfər xəsarət alıb
# 08 noyabr 2019 23:48 (UTC +04:00)

Bakının Pirallahı rayonunda iki avtomobilin toqquşması zamanı 2 nəfər xəsarət alıb.

APA xəbər verir ki, iki minik avtomobilinin toqquşması zamanı Pirallahı rayon sakinləri, 89 yaşlı Adıgözəlov Sədi Hümbət oğlu və onun qızı, 1958-ci il təvəllüdlü Məryəm Nəsibova xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. S.Adıgözəlova qapalı kəllə-beyin travması, M.Nəsibovaya isə sol bazu sümüyünün qapalı sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR