Bakıda balıqçı itkin düşüb

Bakıda balıqçı itkin düşüb
# 18 noyabr 2019 11:02 (UTC +04:00)

Pirallahıda balıqçı itkin düşüb.

APA-nın məlumatına görə, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Səfa Əliyev noyabrın 17-də balıq tutmaq üçün Pirallahı qəsəbəsində yerləşən estakadaya gedib. Həmin gündən onunla əlaqə kəsilib. Onun dənizə düşdüyü ehtimal edilir.

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR