Pirallahıda evdən 10 min manatlıq qızıl oğurlanıb

Pirallahıda evdən 10 min manatlıq qızıl oğurlanıb
# 05 iyun 2023 10:30 (UTC +04:00)

Pirallahıda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 2-də Gürgan qəsəbəsindəki evlərin birindən 450 manat pul və 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri K.Əliyev, N.Bayramlı və M.İsmayılov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR