Pirşağıda mağazadan 11 min manat oğurlanıb

Pirşağıda mağazadan 11 min manat oğurlanıb
# 18 may 2022 12:33 (UTC +04:00)

Bakıda mağazadan 11 min manat oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə Pirşağı qəsəbəsi ərazisindəki mağazaların birindən 11.641 manat pulun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Sultanov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR