BŞBPİ: Piyadalara qarşı profilaktik tədbirləri yol polisinin piyada naryadları davam etdirir

BŞBPİ: Piyadalara qarşı profilaktik tədbirləri yol polisinin piyada naryadları davam etdirir
  • Clock-gray 13:25
  • calendar-gray 14 Sentyabr 2019

Paytaxtda avtomobilləşmənin sürətlə inkişaf etdiyi dövrdə təhlükəsizliyin əsas şərti yol mədəniyyəti – sürücü, piyada məsuliyyətidir. Yollarda qarşılıqlı məsuliyyət, piyada-sürücü, sürücü-piyada münasibətlərinin tənzimlənməsi üçün kompleks tədbirlər həyata keçirilir. Əvvəlki illərdən fərqli olaraq, paytaxt yollarında piyada intizamının güclənməsində konkret nəticələr var. 

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki,  bunu nəzərə alaraq, post-patrul xidmətindən yol polisinə ezam olunan əməkdaşlardan təşkil olunan naryadların fəaliyyətinə xitam verilməklə, əvvəlki iş yerlərinə qaytarılıb. Piyadalarla bağlı inzibati xəta tərkibi yaradan halların azalması zərurətindən irəli gələrək piyadalara qarşı profilaktiki tədbirlər yol polisinin piyada naryadları tərəfindən icrası davam etdirilir. 

"Yollarda müşahidə olunan sosial-neqativ hallar – piyada keçidlərindən istifadə etmədən, “tələsirəm” deyib, öz həyatına, sürücülərin hüquqlarına ehtiyatsız yanaşmanın fəsadları cəmiyyətə məlumdur. Bu fəsadlara səbəb olan yol hərəkəti əleyhinə olan inzibati xətaların qarşısının alınması işinin gücləndirilməsi və maarifləndirmə hər bir hərəkət iştirakçısından da asılıdır. Hər bir hərəkət iştirakçısı bilməlidir ki, ani ehtiyatsızlıq, etinasızlıq böyük faciələrə səbəb olur.  Təhlükəsiz həyat naminə hər birimiz qaydalara əməl etməliyik ki, doğmalarımız gözü yaşlı qalmasın. Mütamadi olaraq, statistikanı yayırıq ki, sürücü, piyada, bu qədər adam ölüb, bu qədər adam xəsarət alıb, diqqətli ol! Bu reallıqlar, açıq gerçəklər o həqiqətin göstəricisidir ki, dövlət nümayəndəsi – polis cəmiyyətə açıq çağırışlar edir: “Yol qaydalarına əməl edin, əks təqdirdə...”

Paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, əhalinin qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir", - deyə o əlavə edib.
 

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date