Bakıda evə basqında xəsarət alan şəxs reanimasiyaya yerləşdirilib - YENİLƏNİB-2

Bakıda evə basqında xəsarət alan şəxs reanimasiyaya yerləşdirilib  - YENİLƏNİB-2
# 30 noyabr 2022 04:13 (UTC +04:00)

Bakıda evə basqında bıçaq xəsarəti alan şəxs reanimasiyaya yerləşdirilib.

APA xəbər verir ki, 3 nömrəli xəstəxanaya başından bıçaq xəsarətləri alaraq yerləşdirilən 1997-ci il təvəllüdlü Elbrus Ağalarov həkimlərin tibbi yardımından sonra evə buraxılıb.

Başından bıçaq xəsarətləri alan 1945-ci il təvəllüdlü Şahirə Muradovanın vəziyyəti isə ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

***

22.10

Buzovna qəsəbəsində evə basqın zamanı yaralanan şəxs dünyasını dəyişib.

APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, 1971-ci il təvəllüdlü Rahil Muradov həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

Zərərçəkənlərin qohumları APA-nın müxbirinə deyib ki, hadisə ev sahibləri evdə olarkən baş verib. Həkimlərin bildirdiyinə görə, zərərçəkənlərin hamısı baş nahiyəsindən bıçaqlanıb.

***

21.44

Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun və nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Qeyd edək ki, yaralı ailə üzvləri APA-ya bildirib ki, Buzovna qəsəbəsi, Naxçıvani küçəsi döngə 5 ev 4b ünvanındakı mənzilə naməlum şəxs və ya şəxslər quldurluq yolu ilə daxil olub. Onlar talama məqsədilə evə daxil olarkən ailə üzvlərini bıçaqlayıb, ev sahibini öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR