Polis ehtiyatsızlıqdan özünü öldürüb - YENİLƏNİB - VİDEO

Polis ehtiyatsızlıqdan özünü öldürüb - YENİLƏNİB  - VİDEO
# 01 iyun 2022 13:06 (UTC +04:00)

Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Xəbərə görə, polis əməkdaşı dərhal DİN-nin Hospitalına çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

Allah rəhmət eləsin!

***

12.58

Bakı-Sumqayıt yolunda ölüm hadisəsi baş verib.

APA-nın xəbərinə görə, yolun Saray qəsəbəsindən keçən hissəsində 99 SM 907 dövlət nömrə nişanlı, "NİVA" markalı avtomobili idarə edən şəxs maşının içində ölüb. Onun özünü silahla başından vurduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR