Polis əməliyyat keçirib, qanunsuz odlu silahlar götürülüb

Polis əməliyyat keçirib, qanunsuz odlu silahlar götürülüb
# 08 dekabr 2021 17:37 (UTC +04:00)

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əldə edilən əməliyyat məlumatları əsasında keçirilən tədbirlərlə yalnız bir gündə respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlar tərəfindən qanunsuz saxlanılan 10 ədəd ov tüfəngi götürülüb.

Belə ki, Astara rayon sakinləri M. Məmmədovdan və S. Əhmədovdan, Beyləqan rayon sakinləri B. Aslanovdan və Ə. Məmişovdan, Qəbələ rayon sakinləri İ. Hacıyevadan və E. Abdullayevdən, Balakən rayon sakinləri R. Şərifovdan və P. Mollayevdən, Ağdam rayon sakini Z. Murtuzayevdən, Hacıqabul rayonunda isə X. Qarayevdən qanunsuz saxladıqları müxtəlif markalı ov tüfəngləri polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib. Bütün faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

DİN bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat könüllü olaraq hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR