Polis gənclərin metroda nalayiq hərəkətləri ilə bağlı araşdırmaya başlayıb - VİDEO

Bakıda gənclərin metroda nalayiq hərəkətləri

© APA | Bakıda gənclərin metroda nalayiq hərəkətləri

# 19 yanvar 2022 11:22 (UTC +04:00)

Bakıda gənclər metroda nalayiq hərəkətlər ediblər.

APA-nın məlumatına görə, görüntülərdə "Bakmil" metro stansiyasından Nəriman Nərimanov metro stansiyasına hərəkət edən qatarda bir qrup gəncin xoşagəlməz hərəkətlər etməsi öz əksini tapıb.

Gənclər bunu lentə alaraq sosial şəbəkədə yayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, görüntülərlə bağlı Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR