Polisin işğaldan azad edilmiş ərazilərdə ötən il nə qədər silah-sursat aşkarladığı açıqlanıb - VİDEO

Polisin işğaldan azad edilmiş ərazilərdə ötən il nə qədər silah-sursat aşkarladığı açıqlanıb - VİDEO
# 03 yanvar 2022 12:58 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatların yığılması üçün daxili işlər orqanlarının əməkdaşları tərəfindən görülən zəruri tədbirlər uğurla davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, tərk edilmiş hərbi mövqelərdə 2021-ci il ərzində ərazi polis orqanlarının əməkdaşları tərəfindən 225 avtomat, 102 qumbaraatan, 68 pulemyot, 64 tank və piyada əleyhinə idarə olunan raket sistemləri, 10 minaatan qurğusu, 8 hava hücumundan müdafiə sistemləri, 721 qumbara, 129 mina, on minlərlə müxtəlif çaplı mərmi və patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Keçirilmiş tədbirlərlə işğaldan azad edilmiş ərazilərdə yabanı halda bitən 17 tona yaxın çətənə bitkisi yandırılaraq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR