Prokuror Cəlilabadın sabiq icra başçısına 13 il həbs cəzası istəyib - VİDEO

Namiq Zeynalov

© APA | Namiq Zeynalov

# 03 iyun 2022 16:09 (UTC +04:00)

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror Namiq Zeynalovun ittiham olunduğu maddələrlə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təyin olunmuş cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi təklif olunub. Təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı üçün vaxt istəyib.

Məhkəmə çıxışa hazırlaşmaq üçün vəkillərə iyunun 10-na kimi vaxt verib.

Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR