Prokuror dələduzluqda təqsirləndirilən şəxsə cəza istəyib

Prokuror dələduzluqda təqsirləndirilən şəxsə cəza istəyib
# 15 oktyabr 2019 10:58 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Mehdi Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror Mehdi Mehdiyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

M.Mehdiyevin vəkili müdafiə çıxışında cəzanın ağır olduğunu, müdafiə etdiyi şəxsə aşağı həddə cəza təyin edilməsini xahiş edib.

Məhkəmə M.Mehsiyevə son söz üçün vaxt verib.

Proses oktyabrın 21-də davam edəcək.

Qeyd edək ki, ev alqı-satqısı ilə məşğul olan Mehdi Mehdiyev "Yüksəliş-C" MMC və "Yeni Yasamal" MTK-dan 8 ev satıb. Sonradan məlum olub ki, həmin mənzillər başqa şəxslərə də satılıb. "Yüksəliş-C" MMC və "Yeni Yasamal" MTK-da bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı şikayətlərdən sonra şirkətlərin rəhbəri Cahangir Alışov və digərləri həbs edilib. Bundan sonra Mehdi Mehdiyevin də dələduzluq əməlinin üstü açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR