Prokurorluq 5 nəfərin valideyn hüquqlarının məhdudlaşdırılması haqqında iddia qaldırıb

Prokurorluq 5 nəfərin valideyn hüquqlarının məhdudlaşdırılması haqqında iddia qaldırıb
# 27 yanvar 2023 10:53 (UTC +04:00)

Cinayət təqibindən kənar fəaliyyət genişləndirilib.

APA xəbər verir ki, bu barədə bu gün Baş Prokurorluğun geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev bildirib.

Cinayət təqibindən kənar icraatlar sahəsi üzrə fəaliyyətə toxunan Baş prokuror bildirib ki, hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat üzrə 13029 işə baxılmasında prokurorluq işçiləri iştirak edib.

Vurğulanıb ki, qanun pozuntularını, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair 92 şəxs barəsində təqdimat verilib, 87 şəxsə isə qanun pozuntularından çəkindirmək məqsədilə xəbərdarlıq edilib, həmçinin, sosial təhlükədə olan 6 uşaq üzrə 5 valideyn barəsində valideyn hüquqlarının məhdudlaşdırılması haqqında 5 məhkəmədə mülki iddia qaldırılıb.

Həmçinin, qeyd olunub ki, hesabat dövründə prokurorluq orqanları tərəfindən inzibati xəta haqqında iş üzrə 1457 icraat başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR